ŞOK!!! Özalın cəsədi məzarında mumiyaya dönüb!

Professor Mustafa Sarsılmaz: «Özalın cəsədinin niyə çürümədiyini elmlə açıqlamaq olmaz!»

Türk mətbuatının məlumatına görə Şəfa Universitetinin dekanı, professor Mustafa Sarsılmaz Türkiyənin 8-ci prezidenti Turqut Özalın cəsədinin bu qədər vaxt torpaq altında niyə çürüməməsini açıqlamaqda çətinlik çəkdiklərini deyib. Qeyd edək ki, Özal 1993-cü il iyun ayının 17-də dünyasını dəyişib.
Cəsədin məzardan çıxarılmasının əsl səbəbi Turqut Özalın zəhərlənərək öldürülməsindən yaranan şübhələr olub. Mətbuata açıqlama verən professor Sarsılmaz Özal haqqında belə danışıb: “Elə şeylər var ki, onun sirrini elmlə açmaq mümkün deyil. Mərhum prezident Özalın 19 il məzarda qalmış cəsədi də belə bir sirrdir. Bu hadisənin elmi açıqlamasını vermək istəyərdik amma çətinlik çəkirik. Çox çalışırıq ki, nəyəsə nail olaq. Yenə də bir şey alınmır. Bir insan ki, bu dünyadan seçilirsə o, öləndə ona şəhid adı veririk. Onlar bu dünyadan getdikdən sonra da qorunurlar.
O vaxtı tez-tələsik prezidenti necə basdırmışıqsa hamımız görüdük, onu da gördük ki, bu insanın cəsədi 19 il torpaq altında necə sağ qalıb!?”.
Mətbuata açıqlama verən Sarsılmaz cəsədin məzarda sağ qalmasına qəbrin içərisinə damlayan suyun səbəb olacağı versiyasını təkzib edib. Professorun sözlərinə görə məzara damlayan axmaz su cəsədin çürümə prosesini sadəcə sürətləndirə bilərdi. Çünki, axmayan suyun içi mikroblarla zəngindir.
Qeyd edək ki, Türkiyənin 8-ci prezidenti Turqut Özal 1993-cü il iyun ayında Orta Asiya ölkələrinə səfərindən sonra səhhətində problemlər əmələ gəlib. Daha sonra həkimlərin etdikləri müalicələrə baxmayaraq prezident vəfat edib. Həmin il Türkiyədə iyun ayında havalar isti keçdiyindən Özalın cəsədini tələsik basdırmağa məcbur olublar. Mütəxəssislər cəsədin iylənməsindən çəkinərək tibbi ekspertiza aparmağa cəhd edə bilməyiblər. 19 ildən sonra məzarından çıxarılan Özalın sağ qalmış cəsədi Türkiyədə rezonansa səbəb oldu. Yenə də Özalın zəhərlənməsi ilə Türkiyə Baş Prokurorluğunda başladılmış cinayət işi nəticəsiz qalıb.
Prezidentin 19 il sağ qalmış cəsədi ekspertizadan keçmədən yenə də öz məzarına basdırılıb (Olaylar).