Təxribatçı filmin prodüsseri məhkəməyə çıxarılır

ABŞ-da çəkilən və bütün islam dünyasında qəzəbə səbəb olan “İslamın məsumiyyəti” filminin sifarişçisi və prodüsseri Nakula Basili Nakula təxəllüsü ilə tanınan Mark Basili Yusef oktyabrın 10-da Los-Ancelesdə federal məhkəmə qarşısına çıxacaq.

“Reuters” agentliyi bildirib ki, əvvəllər fırıldaqçılığa görə məhkum olunmuş Basili sentyabrın 27-də həbsxanadan vaxtından əvvəl buraxılma şərtlərini pozduğuna görə azad edilib.Xəbərdə deyilir ki, Los-Anceles məhkəməsinin Mark Basilinin işi üzrə ilkin iclası keçiriləcək. Məhkəmə onun vaxtından əvvəl buraxılma şərtlərini pozub-pozmaycağını müəyyən edəcək.