Sərhəd bölgələrə 25 əlavə F-16 göndərildi
Türkiyə Suriya ilə sərhəddə baş verən insidentlə bağlı təhlükəsizlik təbdirlərini gücləndirib. Diyarbəkir vilayətində yerləşən 2-ci Hava Qüvvələri briqadasında əlavə 25 F-16 döyüş vertolyotu göndərilib. Hərbi rəsmilər qırıcıların Diyarbəkirə göndərilməsinin Suriyadakı hadisələr və Türkiyənin xaricində keçiriləcək əməliyatlara dəstək xarakteri daşıdığını bildiriblər.
Türk Silahlı Qüvvələrinin xarici ölkələrə göndərilməsi məsələsində hökumətə 1 il haqq tanıyan qanun layihəsinin parlamentdə qəbulundan sonra Türkiyənin Suriya və İraq sərhədlərində hərbi hərəkətlilik nəzərə çarpır. İraqın şimalındakı PKK düşərgələrinə aviazərbələrin endirilməsi üçün sərhəd bölgələrə əlavə qüvvələr də yeridilib. Hərbi mənbələr sərhədyanı bölgələrdə hərbi gücün artırılmasının həm də Suriya ilə yaşanan insidentlərlə bağlə olduğunu bildirir.