Gələn həftədən etibarən Azərbaycan Silahlı Qüvvələrinin hərbi birləşmələrində yoxlamalara başlanılır. Bu barədə Müdafiə Naziriliyindəki mənbə milaz.info portalına məlumat verib. Məlumatda qeyd edilir ki, yoxlama nəticəsində ölkə ərazisindəki yerləşən hərbi hissələrin durumu, şəxsi heyətin sosial vəziyyəti araşdırlacaq.
Bəzi mənbələrə görə, yoxlamaların aparılması təklifi prezidentin hərbi müşaviri general-leytenant Vahid Əliyevdən gəlib.