IREX –Azərbaycan sizi multimedia üzrə beynəlxalq trener Michael Haurinin 25-27 oktyabr tarixlərində Bakıda keçiriləcək təliminə dəvət edir.
Maraqlananlar öz CV və motivasiya məktubunu Vuqar Məmmədov (vmammadov@irex.org) və Ülviyyə Əsədzadəyə (uasadzade@irex.org) göndərə bilərlər.
Motivasiya məktubu “Bu təlimdə niyə iştirak etmək istəyirəm və təlimdən gözləntilərim nədir?” suallarına cavab verməlidir.
Yekunda doqquz iştirakçının seçilməsi nəzərdə tutulub.