Avropanın ən lüks oteli “AST” Telmanındır

Portuqaliyanın Alqarve şəhərində “Europe Travel Awards” mükafatının təqdimat mərasimi keçirilib.

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, 35 ölkənin otel, turizm obyektlərinə bu yay Avropada istirahət etmiş 1,7 milyon turist səs verib. Avropanın ən yaxşı istirahət yerləri müsabiqəsində Türkiyə 14 mükafata sahib çıxıb. Bu mükafatlardan da 3-ü azərbaycanlı iş adamı Telman İsmayılova məxsus “Mardan Palace” otelinin payına düşüb. Antalyada 1,5 milyard dollara tikilmiş otel ən lüks otel adına sahib çıxıb.
Telman İsmayılovun obyektinə “Avropanın ən lüks oteli”, “Avropanın lider Kral otağı” və “Avropada lider SPA&Resort” mükafatları təqdim edilib.