ulduz fali

Günün ulduz falı (07.10.12)

QOÇ
Bu gün yaradıcılıqla məşğul olacaqsınız. Maddi baxımdan gizli dəstək də ala bilərsiniz. Ailə həyatınız üçün yerinə yetirməli olduğunuz işləri həll edə bilərsiniz.

BUĞA
Bu gün yaradıcılığınız ön planda olacaq. Sevdiyiniz insanla bu gün daha yaxşı anlaşacaqsınız. Pul baxımından da bu gün şanslısınız.

ƏKIZLƏR
Karyeranız uğrunda yaradıcı addımlar atacağınız gözlənilir. Yoldaşlarınıza yardım edəcəksiniz. Ulduzlar bildirir ki, bu gün həyatdan zövq alacaqsınız.

XƏRÇƏNG
Işinizə və ya şəxsi həyatınıza söykənən səyahətlərinizdə özünüzü yaxşı hiss edəcəksiniz. Başqalarına kömək etmək, aşiq olduğunuz insanla planlar qurmaq xoşunuza gələcək.

ŞIR
Ailə məsələlərini gündəmdə saxlayın. Ictimai baxımdan fəal olacaqsınız. Yoldaşlarınızla görüş ürəyinizcə olacaq. Birlikdə gözəl planlar quracaqsınız.

QIZ
Bu gün yaradıcılığınız son dərəcə yüksək olacaq. Qarşınıza qoyduğnuz məqsədə doğru irəliləyirsiniz. Yardımsevərliyi də unutmayın.

TƏRƏZI
Bir iş görüşməsi nəticəsində istədiyiniz gəliri əldə edə bilərsiniz. Maddi mövzularda fədakarsınız. Səyahətlərinizdə özünüzü şanslı hiss edəcəksiniz.

ƏQRƏB
Eşq həyatınızda optimist, xoşbəxt və şanslı olacaqsınız. Həyatınızla bağlı, yaradıcılıq tələb edən işlərinizdə istədiyiniz qapılar üzünüzə açıq olacaq.

OXATAN
Bu gün eviniz və ailəniz üçün hərəkətə keçin. Yardımınızla yaxın ətrafınız üçün əlinizdən gələni edə bilərsiniz. Enerjinizi daha çox evinizə sərf edəcəksiniz.

OĞLAQ
Yoldaşlarınıza və ya ətrafdakılara qarşı yardımsevər rəftarınız diqqət çəkəcək. Ulduzlar məsləhət görür ki, bir iş icra edərkən tələskənlik vərdişinizi kənara qoyasınız.

DOLÇA
Işgüzar müstəvidəki görüşlərin faydasını görəcəksiniz. Əyləncəli və eşq dolu bir həftə sonu sizi gözləyir. Əyləncəyə olan həvəsiniz daha da artacaq.

BALIQLAR
Səyahətlər zamanı sövdələşmələr və görüşlər sizi gözləyir. Digər insanlara yardım etmək istəyəcəksiniz. Yaradıcılığınızı nümayiş etdirmək üçün bu gün münasib zamandır.