Ismayıllı rayonundakı “Mərhəmət” ticarət mərkəzində 120 mağazanın elektrik enerjisi iki gündür ki, kəsilib. Mərkəzdə çalışan sahibkarlar bunu yerli enerji paylayıcı şəbəkənin korrupsiya marağı ilə izah edirlər.
Mərkəzin rəhbəri Əfrayil Səfərov “Azadlıq”a açıqlamasında bildirib ki, bütün dükanlarda ayrıca sayğac olsa da, şəbəkə ondan ümumi bir sayğac quraşdırmağı tələb edir və bunun üçün də “texniki şərt” adı altında 2 min manat pul istəyir.
Şəbəkənin rəisi Əliağa Bədəlov da “Azadlıq”a açıqlamasında elektrik enerjisinin kəsilməsini təsdiqləyib. Lakin o bildirib ki, bu, mərkəzi daha güclü şəkildə enerji ilə təmin etmək məqsədi daşıyır: “Mərkəz yeni qaydalara uyğunlaşmaq üçün texniki şərt almalıdır. Alsınlar, biz enerjini verməyə hazırıq”.
Natiq