Rihanna Bakıda konsert verdi (FOTOLAR)

Dünya şöhrətli müğənni Rihanna oktyabrın 6-da Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin keçirildiyi “Crystal Hall”da geniş konsert proqramı ilə çıxış edib.

Konsert Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maliyyə dəstəyi, “Universal Music Group”un Azərbaycandakı nümayəndəsi olan “Omnikomo Music Group” şirkətinin təşkilatçılığı ilə baş tutub.

23 yaşlı amerikalı müğənni son illər beynəlxalq musiqi arenasının ən parlaq simalarındandır. O, bir neçə mükafata, o cümlədən iki dəfə Qremmi mükafatına layiq görülüb. Bakıdakı tamaşaçılar üçün Rihanna xüsusi şou-proqram hazırlayıb.