Razi Nurullayev Fransa səfirliyində görüş keçirdi

AXCP sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayev Fransa səfirliyinin birinci katibi Elza Pinyol (Elsa Pignol) ilə görüşüb.
Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib. Bununla bərabər, son günlər ölkədə baş verən olaylar və beynəlxalq aləmin bu məsələlərə münasibəti də müzakirə mövzusu olub.
Eyni zamanda tərəfləri maraqlandıran bir sıra məsələlər barədə də fikir mübadiləsi aparılıb.