İran hakimiyyətindən “Səhər” kanalına Azərbaycan qadağası

İran Ali Milli Təhlükəsizlik Şurası rəsmi şəxslərdən başqa, istənilən vətəndaşın İran və Azərbaycan münasibətlərinə qarışacaq fəaliyyət aparmasını qadağan edib. İinn.ir-in verdiyi xəbərə görə, bu barədə Şərqi Azərbaycan vilayətinin rəhbərliyi ilə iclasda İranın Azərbaycana yen təyin olunmuş səfiri Mohessen Pakayin bildirib. Onun sözlərinə görə, bu cür fəaliyyət qeyri qanunidir.

O deyib: “Qeyri-rəsmi şəxslərin bir sıra məsuliyyətsiz bəyanatları Tehran və Bakı arasındakı münasibətlərə ziyan vurub. Xüsusilə, Sahar-2 telekanalının Azərbaycan hökuməti əleyhinə siyasi verilişlər nümayiş etdirməsini qadağan edib. Təəssüf ki, rəsmi Bakı siyasi mövzulara toxunan Sahar-2 telekanalının Azərbaycanda çevriliş etməyə çalışdığını düşünür. Bundan əlavə, AMTŞ kanalın öz çıxışları ilə İran-Azərbaycan münasibətlərinə mənfi təssir göstərən şəxslərdən müsahibə almasını qadağan edib. Ümidvarıq ki, AMTŞ-nın bu qərarı Azərbaycan tərəfinin İrana inamını möhkəmləndirər və Tehranın əməkdaşlığı inkişaf etdirmək kimi siyasi istəyini nümayiş etdirər. Buna görə Ali Milli Təhlükəsizlik Şurasında kanalın yalnız ictimai-mədəni verilişlərin yayaımlaması barədə qərar verilib” (SalamNews).