ulduz fali

Günün ulduz falı (06.10.12)

QOÇ
Saturn maliyyə işlərinizi dəstəkləyir. 2.5 il boyunca pul sarıdan sınaqlardan keçə bilərsiniz. Başqalarının pulu mövzusunda məsuliyyətiniz daha da artacaq.
BUĞA
Şəxsi əlaqələriniz, evlilik ortaqlı işlərinizdə yeni məsuliyyətlər boynuna götürmənizə səbəb olacaq. Bu, uzun müddət belə davam edə bilər. Yaxın ətrafla mehriban olmağınız məsləhətdir.
ƏKIZLƏR
Saturn bürcün nümayəndələrinə iş, xidmət və sağlamlıq baxımından təsir etməyə başlayacaq. Uzun müddət davam edəcək bu vəziyyət özünüzü işinizə nə qədər həsr etdiyinizi, sizi nəyin xoşbəxt edib-etmədiyini qəbul edəcəyiniz bir dövr olacaq.
XƏRÇƏNG
Bu gün eşq aləmində böyük məsuliyyətin altına girəcəksiniz. Diqətli olun ki, yanlışlığa yol verməyəsini. Bürcün uşaqları olan nümayəndələri onlarla bağlı mühüm qərarlar qəbul edəcəklər.
ŞIR
Ev, ailə msələləri həyatınızın mühüm tərkib hissəsidir. Öz həyatınıza qarşı diqqətli olun, ətrafda baş verən dəyişikliklərə əhəmiyyət verməyin .
QIZ
Bu gündən etibarən satış, satışa çıxarma, ünsiyyət, yaxın ətraf, təhsil və ya reklam sahələrində məsuliyyətləriniz artır. Saturn əlaqələrinizin möhkəmliliyi baxımından sizi sınaqdan çıxaracaq.
TƏRƏZI
Pul məsələlərində bu gün əhəmiyyətli addımlar atacağınız gözlənilir. Ailəyə qarşı diqqətli olun ki, yeni mübahisələrə zəmin yaratmayasınız.
ƏQRƏB
Həyatınızda yenidənqurma işləri aparmaq istəyəcəksiniz. Amma nəzərə alın ki, bununla məsuliyyətiniz də artacaq. Gələcək planlarınız üçün hazırlaşmağın zamanı gəlib çatdı.
OXATAN
Bu gündən etibarən hadisələrin inkişafı sizdən asılı olmayacaq. Yaxşı olar ki, keçmişdə baş verənləri elə orada qoyaraq gələcəyə ümidlə baxasınız.
OĞLAQ
Bu gün nə istədiyinizi daha yaxşı dərk edəcəksiniz. Yaxınlarınızın qəlbinə toxunmayın. Acı dilinizlə yaxşı heç nə əldə etməyəcəksiniz. Pul sarıdan müəyyən müddət çətinliyiniz olacaq.
DOLÇA
Karyeranızda dəyişkliklər gözlənilir. Mərhələ-mərhələ irəliləmək şansınız olacaq. Özünüzə inamı itirməyin. Yaxınlarınız sizi dəstəkləyəcək.
BALIQLAR
Tale çəkdiyiniz zəhmətin bəhrəsini götürməyə imkan yaradacaq. Buna sevinəcəksiniz. Ailə üzvləriniz də həmişəki kimi belə anda da sizin yanınızda olacaq.