İcra başçısının oğlu həbs olunub?

Goranboy rayonu sakinlərindən Modern.az saytına daxil olan məlumata görə, İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin oğlu polis tərəfindən saxlanılıb. Məlumatda iddia olunur ki, icra başçısının “KapitalBank”ın Mingəçevir şəhər filialında çalışan oğlu maliyyə yeyintisinə görə saxlanılıb. O da qeyd edilir ki, bu addım əslində Nizaməddin Quliyevin “vurulmasına” xidmət edir. İcra başçısnın tutduğu postdan kənarlaşdırılmasına hazırlıq görüldüyü bildirilir.
Xəbərlə bağlı Nizaməddin Quliyevin özü ilə əlaqə saxlamaq mümkün olmayıb.