Avropa Birliyi Irandan qaz idxalını dayandırır

Avropa Birliyi Irandan təbii qaz idxalını dayandırmağa hazırlaşır.
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər yayıb. Xəbərdə bildirilir ki, bununla bağlı qurum yeni sanksiya tətbiq etmək niyyətindədir. Avropa Birliyinin tətbiq etməyə hazırlaşdığı yeni sanksiyalar arasında Iranın enerci sahəsinə investisiyaların yatırılmasına qadağanın qoyulması da var.