Səməd Seyidov təşviş içində

Rektor-deputat AŞ PA-dakı uğursuzluğun ona baha başa gələ biləcəyindən narahatdır

Azərbaycan Dillər Universitetinin rektoru, deputat, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov təşviş içindədir. Redaksiyamıza daxil olan məlumatlara görə, AŞ PA-da alman deputat Kristofer Ştrasserin məruzəsi əsasında siyasi məhbus anlayışının tərifinə dair qətnamənin qəbul edilməsi Səməd Seyidovun ciddi narahatçılığına səbəb olub.
Səməd Seyidov başda olmaqla Azərbaycan nümayəndə heyəti və lobbi qrupların sənədin qəbul edilməsinin qarşısını almağa çalışırdılar.
Məlumatda deyilir ki, Səməd Seyidov bununla korrupsiya ittihamlarından yaxa qurtarmaq istəyirdi. Lakin indi vəziyyətinin indi daha acınacaqlı olacağından narahatdır.
Oxucuların diqqətinə çatdıraq ki, Hesablama Palatası Azərbaycan Dillər Universitetində apardığı yoxlamalar zamanı korrupsiya faktları aşkar edib. Bu faktlar Baş Prokurorluğa təqdim olunub. Baş Prokurorluq da öz növbəsində bununla bağlı cinayət işi başlayıb.
Bəzi məlumatalara görə, bütün bunlar Səməd Seyidovun “vurulmasına” yönəlik addımlardır. Hələ 2005-ci ildə rektor-deputata qarşı belə cəhdlər olub. Lakin o zaman Səməd Seyidov ölkə başçısı Ilham Əliyevlə görüşərək məsələni yoluna qoya bilib.