“Facebook” istifadəçiləri 1 milyardı keçdi

“Facebook” sosial şəbəkəsi istifadəçilərinin sayı 1 milyard nəfəri keçib. 2004-cü ildə Mark Sukerberq tərəfdindən yaradılan saytın indiyə kimi keçdiyi inkişaf xətti olduqca maraqlıdır. Məsələn, 2008-ci ildə saytın 100 milyon istifadəçisi var idisə, 2009-cu ildə bu rəqəm 300 milyon, 2010-cu ildə 400 milyon, 2011-ci ildə 700 milyon olub. Nəhayət dünən istifadəçilərin sayı 1 milyardı keçib.

Bu barədə öz səhifəsində məlumat verən saytın sahibi Sukerberq istifadəçilərinə təşəkkür edib. Sukerberq qeyd edib ki, 1 milyard adamı bir araya gətirmək onun üçün qürurverici haldır və buna görə o özünü dünyanın ən xoşbəxt gənci hesab edir. Lakin Mark Sukerberq belə bir uğurdan sonra heç də boş dayanmayacağını və dünyanın qalan hissəsini də bir-biriləri ilə əlaqələndirmək üçün əlindən gələni edəcəyini əlavə edib