Kral parlamenti buraxdı

İordaniya kralı II Abdulla parlamenti buraxıb. “Media forum” saytı xəbər verir ki, fərman oktyabrın 4-ü axşam saatlarında imzalanıb.

Parlamentin buraxılması paytaxt Əmmanda hökumətə qarşı aksiya ərəfəsinə təsadüf edib. Oktyabrın 5-nə təyin olunmuş aksiyaya 50 min nəfərin qatılacağı, hökumətin istefası tələbinin irəli sürüləcəyi bildirilir.