“Hyatt Regensy”nin icraçı direktoru Azərbaycanı təhqir edib

Azərbyacanda nüfuzlu hotel brendi olan “Hyatt Regensy” şirkətinin ABŞ-dakı baş ofisində rəhbər vəzifələrdən birini erməni tutur. Modern.az bildirir ki, “Hyatt Hotels” şirkətinin icraçı direktoru Mark Oplamazyan milləytcə ermənidir.

Bu günlərdə Oplamazyan Azərbyacan əleyhinə çıxışı ilə gündəmə gəlib.

Amerika Erməni Assambleyasının sentyabrın 22-də Ermənistanın müstəqillik günü ilə bağlı keçirilən banketində “Hyatt Hotels” şirkətinin icraçı direktoru Mark Oplamazyan iştirak edib və qondarma “erməni soyqırım” ilə bağlı çıxışında Türkiyə və Azərbyacana qarşı təhqiredici ifadələr səsləndirib.

Oplamazyanın bu çıxışına etiraz olaraq Türk-Amerika Assosiyasiyası, Azərbaycan-Amerika Şurası və Amerika Azərbaycanlıları Cəmiyyəti “Hyatt” şirkətinin direktorlar şurasının sədri Tomas Pritskerə etriaz məktubu göndəriblər. Məktubda Oplamazyan “etnik təbiğat kampaniyasına” iştirakda ittiham olunub. Onlar bildiriblər ki, Oplamazyan  qondarma “soyqırımı”nı təbliğ edən  “Tarixə qarşı məsləhət” orqanında məsləhətçidir və “erməni genosidi” ilə bağlı məsələləri təbliğ edir.

“Hyatt Hotels”in hazırda Azərbaycanda və Türkiyədə 4 uğurlu layihəyə rəhbərlik etdiyini vurğulayan diaspor təşkilatları bəyan ediblər ki, Oplamazyanın bu dövlətlərə qarşı xüsusi düşmən münasibət bəsləyən qruplarda iştirakı “Hyatt” şirkətinin işgüzar imici və etika Nizamnaməsinin qaydalarına ziddir.    

“Hyatt Hotels” şirkətinin dünyanın bir çox ölkələrində hotellər kompleksi var.  Azərbaycanda “Hyatt” şirkətinin hotel kompleksi 90-cı illərdə fəaliyyətə başlayıb. Bakıda sovet dövründə tikilmiş “Naxçıvan” mehmanxanası əsaslı təmirdən sonra istifadəyə verilib və “Hyatt Regensy” adlandırılıb.