İctimail Palatanın Koordinasiya Şurası yürüş keçirməyə qərar verib. Şuranın üzvü Ədalət Yusibovun bildirdiyinə görə, yürüşün tələbi parlamentin buraxılması, yeni parlament seçkilərinin keçirilməsidır.
Yürüşün oktyabrın 13-də keçmiş Əzizbyov heykəlinin yanından Milli Məclisin önünə qədər keçirilməsi nəzərdə tutulur. Bununla bağlı BŞİH-ə müvafiq müraciət ediləcək.
Bununla belə, İP aksiyasını BŞİH-in təklif edəcəyi başqa ağlabatan marşrutlar üzrə də keçirməyə hazırdır. Eyni zamanda qərara alınıb ki, yürüş BŞİH-lə razılaşdırılacağı təqdirdə keçirilsin. BŞİH yürüşə razılıq verməsə İP başqa aksiyalara qərar verəcək.