Görəsən bu yola radar qoyulmayıb?
Mövsüm Səmədov, Rufulla Axundzadə, Vaqif Abdullayev, Arif Qəniyev, Abgül Süleymanov, Ramin Bayramov və s. Siyahını uzatmaq da olar. Artıq adlardan çoxlarına bəlli oldu söhbət kimlərdən gedir. Çeşidli ittihamlarla həbsə atılan islamçıları hakimiyyət özünə təhlükə sayır. Möhsüm Səmədovun sosial şəbəkələrdə yayılan çıxışını yada salın. Həmin çıxışda hakimiyyətin apardığı siyasət ciddi tənqid olunurdu. Hakimiyyət bu tənqidlərə ənənəvi üsullarıyla cavab verdi. O, 12 il müddətinə azadlıqdan məhrum edildi. Başqa “cinayət ortaqları” da beləcə həbsə atıldılar. Onlar üst-üstə 65 il iş aldılar…
Islama, islamçılara hücum bununla bitmir. Azərbaycanda bağlanan məscidləri də sıralamaq olar. Şəhidlər Xiyabanında “təmirə dayanan” türk məscidini xatırlamaq, məncə, yetərlidir.
Bütün bunlar Azərbaycan hakimiyyətinin Islama, islamçılara münasibətinin göstəricisidir. Məkkəyə gedib Şeytana daş atmaq hələ müsəlman, Islam təəssübkeşi olmaq demək deyil.
Bunları yadıma Avropa Şurası Parlament Assambleyasının oktyabrın 2-də başlayan iclasında Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun çıxışı saldı. “Böyük dinlərin müqəddəs kitabları və peyğəmbərləri xalqların heysiyyəti ilə bağlı mühüm rəmzlərdir və bu rəmzlərlə ehtiyatsız, həqarətli davranışlar dəhşətli fəlakətlərə gətirib çıxara bilər. …islam dinini və Məhəmməd peyğəmbəri kütləvi informasiya vasitələrində məsxərəyə qoymaq, filmlərin, karikaturaların mövzusuna çevirmək cəhdləri dözülməzdir”.
Çıxış təsadüfi deyil, Azərbaycanda bu gün aktual olan seçki saxtakarlığıdır. Elşad Abdullayevin yaydığı videoda hakimiyyət rəsmiləri adından mandat bazarlığı edən Gülər Əhmədova illərdir deyilənləri faktla, sübutla ortaya qoydu. Parlamentin seçki yoluyla deyil, Ilham Əliyevin və Ramiz Mehdiyevin tərtib etdiyi siyahı əsasında formalaşdığı bir daha bəlli oldu. Görünür, AŞ PA-da video qalmaqalı ilə bağlı suallardan yayınmaq üçün “müsəlman təəssübkeşliyi” görüntüsü yaratmaq tapşırılıb. Lap Cəfər Cabbarlının məşhur əsərindəki kimi: “Sən məscidi qışqır, qoy bəhanə məscid olsun…”.
Islamın təhqirinə “dözməyən” Azərbaycan hakimiyyəti görəsən xərçəng xəstəsi olan Vaqif Abdullayevin qondarma ittihamlarla həbsinə və türmədə ölməsinə necə dözdü?!.
Keçək başqa, ölkənin taleyi üçün mühüm olan məsələyə…
Bəlkə bir az yavaşlayaq,
Geriləməyə başlayaq
Bunu qafiyə kimi meyxana yarışmalarına da göndərmək olar, ancaq ustadların ILHAMı gələcəkmi, yaxud cəsarətləri çatacaqmı deməyə. Çatsa, çırtıq çalmaq istəyənlər, dəm tutanlar, məncə, çox olar. Burada söhbət ölkə başçısının sentyabrın 21-də diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsindəki çıxışından gedir. Ilham Əliyev ölkəni istəyənlərin, sevənlərin məsləhətlərini müşavirə iştirakçılarının da diqqətinə çatdırır: “Mənə deyirlər ki, bəlkə bir az yavaşlayaq, bəlkə belə sürətlə getməyək?”. Bilməyənlər üçün xatırladaq ki, Ilham Əliyev sürətlə getmək deyəndə Azərbaycanın “sürətli iqtisadi inkişafını” nəzərdə tutur. Rəhbər haqlıdır. Birdən sürətli inkişaf yoluna da radar qoysalar, batdıq. Ya cərimələrlə bizi çökdürəcəklər, ya da bütün hüquqlardan məhrum edəcəklər. Ofààfşor zonalara 48 milyardlıq sürətli köçürmələrin hesabını da soruşacaqlar. Hətta, iraq olsun, prezident seçkisinin şəffaf və demokratik keçirilməsini də tələb edə bilərlər. Allah betərindən saxlasın!

Sürətli iqtisadi inkişaf yolu…
•