Oktyabrın 4-ü Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə Avropa Liqasının qrup matçında “Neftçi” və İtaliyanın “İnter” komandaları üz-üzə gəlib. Hər iki komandanın ilk “11”liyi belə olub. “Neftçi”: 30. Saşa Stamenkoviç, 5. İqor Mitreski, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə, 6. Rəşad Sadiqov (kapitan), 9. Flavinyo, 10. Culius Vobay, 15. Erik Ramos, 11. Nikolas Kanales, 21. Kamran Nurəhmədov
“İnter”: 1. Handanoviç, 6. Silvestre, 31. Alvaro Pereyra, 40. Juan, 42. Conatan, 14. Quarin, 16. Mudinqayi, 19. Kambiasso (kapitan), 20. Obi, 7. Koutinyo, 88. Livaya.
İstər matç başlamamış, istərsə də oyunun gedişatında azarkeşlər komandamıza inanılmaz dəstək verib. Oyunun 10-cu dəqiqəsində nəzarətsiz qalan Moutinyo daban zərbəsi ilə hesabı açsa da komandamız ruhdan düşməyərək rəqiblə bərabərdə oynamağa çalışırdı. İkinci qol da rəqibdən gəldi. 30-cu dəqiqədə Joel Obi əks-hücum nəticəsində dəqiq zərbə ilə fərqi iki topa çatdırıb. 42-ci dəqiqədə “Neftçi”nin oyunşusu Bruno Bertuççi topu öz qapısına göndərdi. Flaqman qollardan yalnız birinin əvəzini çıxa bildi. 53-cü dəqiqədə Culius Vobayın gözəl ötürməsindən sonra Nikolas Kanales fərqi azaltdı – 1:3. Oyun elə bu hesabla başa çatdı.
İnformasiya şöbəsi