Bəşər Əsədin 21 mühafizəçisi öldürüldü

Üsyançılar elitar əsgərləri pusquya salıb

Suriyanın paytaxtı Dəməşqdə Bəşər Əsədin və prezident sarayının mühafizəsini həyata keçirən əsgərlər pusquya düşüb. Mühafizəçi əsgərləri aparan avtobusun keçdiyi yolda partlayıcının işə düşməsi və bundan sonra müxaliflərlə yaşanan qarşıdurmada 21 əsgər öldürülüb. Elitar əsgərlərin Dəməşqin Qadisiyyə bölgəsinə gedərkən hücuma məruz qaldığı bildirilib.