Bakının Nərimanov rayonu ərazisində, Gənclik metrostansiyası yaxınlığında cüdo mərkəzi tikiləcək. Azerisport.com saytının yaydığı xəbərə görə, mərkəzin tikintisinə yaxın vaxtlarda başlanacaq. Tikinti üçün tələb olunan sənədlər artıq Bakı Şəhər İcra Hakimiyyətində təsdiq olunub və milli federasiyaya veerilib.