Ramiz Mehdiyev “Xəzər”i ələ keçirir

Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxın şəxslər “Xəzər” televiziyasının rəhbərliyinə təyin edilir. Bu barədə “Azadlıq”a daxil olan məlumatlara deyilir ki, Ramiz Mehdiyev bununla telekanalı tamamilə ələ keçirmək istəyir.
PA rəhbəri bundan əvvəl “Azad Azərbaycan” televiziyasına nəzarət edirdi. Lakin bir müddət əvvəl həmin telekanalda Ramiz Mehdiyevin nəzarətindən çıxarıldı. Bəzi məlumatlara görə, hazırda ATV hakim ailənin ixtiyarındadır. PA rəhbərinin də elə məhz bu baxımdan “Xəzər”i ələ keçirmək istədiyi bildirilir. Yəni, bu kanal Ramiz Mehdiyev və komandası üçün ATV-ni əvəzləməlidir.