QOÇ
Işdə özünüzü yaxşı tərəfdən göstərə biləcəksiniz. Şəxsi müstəvidə bədbin təsirlərə qapılmayın və sevdiyiniz insanla daha isti davranın.
BUĞA
Bu gün özünüzü daha rahat və yaxşı hiss edəcəksiniz. Xüsusi istəkləriniz baş qaldıracaq. Güclü əlaqələrinizlə həyatınızı daha da mənalı edə bilərsiniz. Özünüzə vaxt ayırın.
ƏKIZLƏR
Əhəmiyyətli işlərlə məşğul olmaq yerinə kefinizə düşən işlərə vaxt ayıracaqsınız. Bu gün yaşadığınız hadisələri gərəyindən çox gözünüzdə böyütməyə meylli olacaqsınız.
XƏRÇƏNG
Qatılacağınız bir dəvətdə və ya tədbirdə digər insanlarla birlikdə olmaqdan məmnun qalacaqsınız. Bu aralar bir az ictimai tədbirlərdə aktiv olacağınız gözlənilir.
ŞIR
Iş və karyera məsələləri sahələriniz bir neçə gün ön planda olacaq. Bu sferada əlaqələrinizdən istifadə edə bilərsiniz. Işgüzar sahədə, xüsusilə yeni tanış olacağınız insanlarla münasibətləri möhkəmlədin.
QIZ
Bir neçə gün dəyişik məkanda özünüzü yaxşı hiss edəcəksiniz. Yumor hissinizlə insanlara təsir etməniz asan olacaq. Özünüzə olan güvən hissi bu gün aşağı ola bilər.
TƏRƏZI
Bir neçə gün boyunca ortaqlı işlərlə məşğul olacaqsınız. Ailə üzvləri üçün xərclədiyiniz pullara heyfiniz gəlməyəcək. Həyatınızla bağlı əhəmiyyətli qərarlar verəcəyiniz gözlənilir.
ƏQRƏB
Bir neçə gün şəxsi həyatınızla maraqlanacaqsınız. Güclü ünsiyyətinizlə həm sevdiklərinizin, həm də sevdiyiniz insanın etimadını qazanacaqsınız. Ulduzlar enerjinizdən düzgün istiqamətdə istifadə etməyi məsləhət görür.
OXATAN
Tamamlamanız lazım olan gündəlik təkrarlanan işləriniz ön planda olacaq. Maddi baxımdan özünüzü güclü hiss edəcəksiniz.
OĞLAQ
Eşq həyatınız və ya yaradıcılığa söykənən işləriniz günün mövzusu olacaq. Özünüzü əyləncəli mühitdə nümayiş etdirəcəksiniz. Işə gəlincə, bu sahədə pessimizmi bir kənara buraxın.
DOLÇA
Eviniz və ailəniz üçün hərəkətə keçin. Təsirli düşüncələrinizi ailə üzvlərilə bölüşmək hissi keçəcək könlünüzdən. Şansınız sizi bir çox mövzuda dəstəkləyəcək deyə, nikbinliyi kənara qoyun.
BALIQLAR
Iş əlaqələrinizi möhkəmlədəcəksiniz. Pul sarıdan korluq çəkməyəcəksiniz. Yaxın ətrafla dil tapmaq asan olacaq. Ancaq romantik aləmdə eniş gözlənilir.

Günün ulduz falı (04.10.12)
•