ulduz fali

Günün ulduz falı (03.10.12)

QOÇ
Işdə özünüzü yaxşı tərəfdən göstərə biləcəksiniz. Şəxsi müstəvidə bədbin təsirlərə qapılmayın və sevdiyiniz insanla daha isti davranın.
BUĞA
Bu gün özünüzü daha rahat və yaxşı hiss edəcəksiniz. Xüsusi istəkləriniz baş qaldıracaq. Güclü əlaqələrinizlə həyatınızı daha da mənalı edə bilərsiniz. Özünüzə vaxt ayırın.
ƏKIZLƏR
Əhəmiyyətli işlərlə məşğul olmaq əvəzinə o qədər də vacib olmayan məsələlərə vaxt ayıracaqsınız. Bu gün yaşadığınız hadisələri gərəyindən çox gözünüzdə böyütməyə meylli olacaqsınız.
XƏRÇƏNG
Qatılacağınız bir tədbirdə digər insanlarla birlikdə olmaqdan məmnun qalacaqsınız. Bu aralar bir az ictimai tədbirlərdə aktiv olacağınız gözlənilir.
ŞIR
Iş və karyera məsələləri bir neçə gün sizin üçün ön planda olacaq. Bu sferada əlaqələrinizdən istifadə edə bilərsiniz. Işgüzar sahədə, xüsusilə yeni tanış olacağınız insanlarla münasibətləri möhkəmləndirin.
QIZ
Bir neçə gün dəyişik məkanda özünüzü yaxşı hiss edəcəksiniz. Yumor hissinizlə insanlara təsir etməyiniz asan olacaq. Özünüzə olan güvən hissi bu gün azala bilər.
TƏRƏZI
Bir neçə gün boyunca şərikli işlərlə məşğul olacaqsınız. Ailə üzvləriniz üçün xərclədiyiniz pullara heyfiniz gəlməsin. Həyatınızla bağlı əhəmiyyətli qərarlar verəcəyiniz gözlənilir.
ƏQRƏB
Bir neçə gün şəxsi məsələlərə daha çox diqqət yetirəcəksiniz. Güclü ünsiyyətinizlə həm doğmalarınızın, həm də sevdiyiniz insanın etimadını qazanacaqsınız. Ulduzlar enerjinizdən düzgün istifadə etməyi məsləhət görür.
OXATAN
Bitirməyiniz vacib olan gündəlik işlər bu gün ön planda olacaq. Maddi baxımdan özünüzü güclü hiss edəcəksiniz.
OĞLAQ
Eşq həyatınız və ya yaradıcılığa söykənən işləriniz günün mövzusu olacaq. Özünüzü əyləncəli mühitdə rahat hiss edəcəksiniz. Işə gəlincə, bu sahədə pessimizmi bir kənara buraxın.
DOLÇA
Eviniz və ailəniz üçün hərəkətə keçin. Təsirli düşüncələrinizi ailə üzvlərilə bölüşmək hissi keçəcək könlünüzdən. Bir çox məsələlərdə bəxtiniz gətirəcək. Amma tam arxayınlaşmaq olmaz.
BALIQLAR
Işgüzar müstəvidə əlaqələrinizi möhkəmləndirəcəksiniz. Pul sarıdan korluq çəkməyəcəksiniz. Yaxın ətrafla dil tapmaq asan olacaq. Ancaq romantik aləmdə eniş gözlənilir.