Türkiyənin mərhum prezidenti Turqut Özalın məzarının ekshumasiyası başlayıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, 8-ci prezident olan T.Özalın öldürülməsi iddialarının ortaya çıxmasından sonra prokurorluq dəqiq səbəbləri müəyyənləşdirmək üçün son varianta əl atıb.
Bu gün səhər saat 08:30-da onun məzarını açmaq üçün qəbristanlığa 2 texnika və polislər gəliblər.
Məzarın ətrafı qəbirdə aparılacaq işlərin kənardan görülməməsi üçün lövhələrlə bağlanıb.