Oktyabrın 1-də İran rialının məzənnəsi ABŞ dollarına nisbətən 15 faiz düşüb. Sentyabrın 30-da paytaxt Tehrandakı valyutadəyişmə məntəqələrində 1 ABŞ dolları 2980 tümənə (1 tümən 10 rialdır) mübadilə olunsa da, oktyabrın 1-də dollar 3550 tümənə mübadilə edilib.
ABŞ dollarının məzənnəsinin qalxması İranda ərzaq məhsulları və digər malların qiymətinin artmasına səbəb olub. İrandakı bəzi satış məntəqələrində satıcılar müştəridən rial yox, dollar tələb edirlər.