“Kurtlar Vadisi Pusu”dan ayrılan Gürkan Uyğun yeni filmlərlə dönür
“Kurtlar Vadisi Pusu”ya vida edən Memati (Gürkan Uyğun) bu mövsüm iki filmlə birdən pərəstişkarları ilə görüşəcək. ANSPRESS-in Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, Memati pisliklər dünyasının əfəndisi olacaq. Fantastik uşaq filmi “Hititya: Medalyonun sirri”ndə pisliklər dünyasının əfəndisi Zebab, “Çanaqqala: Yolun Sonu” filmində isə “Onbaşı Muhsin” olaraq ekranlara gələcək.
Çəkilişləri Kapadokyada aparılan “Hititya: Medalyonun Sirri”ndə Serra Yılmaz, Okan Yalabık, Mete Horozoğlu kimi adlarla kamera qarşısına keçən Gürkan Uyğun plastik makiyajla “Pisliklərin Əfəndisi”nə çevrilib. Fantastik bir dünyada analarını tapmağa çalışan 3 uşağın həyatından bəhs edən 7 milyon lirəlik büdcəli filmin rejissoru Bruno Eyrondur.
Gürkan Uyğunun bu mövsüm rol aldığı bir başqa film Sərdar Akarın rejissorluq etdiyi “Çanaqqala: Yolun Sonu” filmidir. Film üçün uzun bir hazırlıq müddəti keçirən Gürkan Uyğun həm arıqlayıb, həm də bığlarını uzadıb. Uyğunun “Onbaşı Muhsin” xarakterinə həyat verdiyi filmin çəkilişləri Çanaqqalanın Ezine mahalında aparılır. Çanaqqala döyüşü sırasındakı bir eşq əhvalatından bəhs edən film mart ayında ekranlara çıxacaq.