Öldürülmüş diktatorun Liviya səhralarında tonlarla qızılı və milyonlarla dolları basdırılıb
Liviyanın öldürülmüş diktatoru Müəmmər Qəzzafinin xəzinəsinin hələ də Liviya səhralarında olduğu və tapılmadığı açıqlanıb. Dolaşan iddialara görə, 4 ton qızıl, 500 milyon dollar dəyərində nağd pul və ləl-cəvahiratlar hələ də Liviya səhralarında gizlədilib. Liviyada nəşr olunan “Əl-Diyar” qəzeti Qəzzafinin səhrada basdırılmış xəzinəsinin yerini yalnız oğullarından birinin bildiyini yazıb. Xəbərdə bildirilir ki, ABŞ və digər Qərb ölkələrinin kəşfiyyat qurumları, xəzinə axtarışçıları səhrada gizlədilən sərvəti tapmağa çalışır.
Qəzetin yazdığına görə, ötən ayın əvvəllərində Mavritaniyadan Liviyaya ekstradisiya olunan Qəzzafinin “qara qutusu” adlandırılan devrilmiş rejimin keçmiş kəşfiyyat rəhbəri Abdulla Sənussi diktatorun səhrada gizlədilmiş sərvətinin yerini bilir. Ancaq Sənussi bu iddiaları rədd edərək, xəzinənin yerini yalnız üsyançılar tərəfindən öldürülən Qəzzafinin oğlu Mütəəsimin bildiriyini deyib.