KXCP sədri Mirmahmud Mirəlioğlunun müavini, bu partiyanın Salyan rayon təşkilatının sədri Ədalət Yusibov tutduğu vəzifədən istefa verib.
Bu barədə musavat.com-a Ə. Yusibov özü məlumat verib. O bildirib ki, 1 oktyabr tarixindən etibarən KXCP sədrinin müavini və Daimi Seçki Qərərgahının rəhbəri postlarından istefa verib. O deyib ki, bu addımının səbəbləri barədə yaxın günlərdə açıqlama verəcək: “Ola bilər 7 oktyabrda keçiriləcək Ali Məclisin toplantısında bu barədə açıqlama verəcəm. Lakin bu açıqlamanı verməyim tezləşə də bilər”.
Ədalət Yusibov onu da söylədi ki, o, KXCP-nin üzvü və Salyan rayon təşkilatının sədri kimi fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Ədalət Yusibov hazırda İctimai Palatanın Koordinasiya Şurasının üzvüdür.