Bakıda tunel uçdu

Bakıda yeni inşa edilən tuneldə çökmə olub. Nəqliyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bu gün səhər saatlarında Ziya Bünyadov prospektinin Dərnəgül hissəsində tikilməkdə olan tunelin istinad divarının bir hissəsi çöküb.
Hadisə zamanı ölüm və xəsarət faktı qeydə alınmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə isə Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsində inşa olunan tunelin girişində istinad divarı məqsədilə 20 metr məsafədə tikilmiş sıvaylar deformasiyaya uğrayıb.
Hadisəyə həmin ərazidən keçən 1200 mm-lik su borusunun köçürülməsi zamanı su axıntısı səbəb olub.
Çökmə baş verən ərazidə təmir-bərpa işləri aparılır.
Hadisə nəticəsində Dərnəgül yolunda böyük tıxac yaranıb.