Vəkil Zaur Qurbanlı ilə görüşüb

Vəkil Əsabəli Mustafayev oktyabrın 1-də hüquqlarını müdafiə etdiyi “Nida” Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlı ilə görüşüb.

“Media forum”a məlumat verən vəkil gənc fəalın səhhətinin qaydasında olduğunu bildirib: “Görüşdük, nə vaxt, nə səbəbə görə tutulduğunu müəyyənləşdirdik. Bizi ilk növbədə onun sağlıq durumu və harada saxlandığı maraqlandırırdı. Bu gün rəsmi məlumat aldıq ki, Zaur Qurbanlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanır. İndiyə qədər nə üçün ittiham olunduğu da müəyyən deyildi. Müstəntiq və gənc fəalla görüşdükdən sonra məsələ aydınlaşdı.

Həbs olunan gəncin maraqlarını əsas tutaraq 13 gündən sonra azadlığa buraxılması üçün bəzi məqamlara toxunmaq istəmirəm. Çalışırıq ki, məsələ inzibati xəta ilə yekunlaşsın. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə qarşılıqlı razılaşma ilə bəzi məsələlərin örtülü qalmasına üstünlük veririk”.

Zaur Qurbanlı sentyabrın 29-da tutulub.