Zerrin Özer 200 minə Bakıya toya gəldi

Məşhur türk müğənnisinin qatıldığı toy “Buta Palace”da keçirilib

Bakıya qonaq gələn Türkiyənin məşhur müğənnisi Zerrin Özer sentyabrın 30-da paytaxtda keçirilən toy məclisinə qatılıb. 525.az saytının verdiyi məlumata görə, bəyin dostları tərəfindən toya hədiyyə olaraq gətirilən müğənni məclis iştirakçılarına öz musiqi töhfəsini bəxş edib.

Zerrin Özerin “Buta Palace”da keçirilən məclisə qatılmaq üçün toy sahibindən 200 min dollar məbləğində qonorar aldığı bildirilir. Toyda türkiyəli müğənni ilə yanaşı Aygün Kazımova, Faiq Ağayev və Röya da çıxış edib.