Əhmədinejadın operatoru ABŞ-a sığındı

İran prezidenti Mahmud Əhmədinejadın başçılıq etdiyi nümayəndə heyəti tərkibində BMT Baş Assambleyasının sessiyasına qatılmaq üçün Nyu-Yorka səfər edən iranlı operator Həsən Gülxənban ABŞ-da qalıb. “Media forum” saytının məlumatına görə, prezidentin sessiyadakı çıxışını və onun görüşlərini çəkmək üçün Nyu-Yorka gedən İran Dövlət Teleradio Təşkilatının operatoru ölkəyə qayıtmaqdan imtina edərək ABŞ-dan siyasi sığınacaq istəyib.

Həsən Gülxənbanın ailə üzvlərinin daha əvvəl ölkəni tərk edərək Türkiyəyə getdiyi bildirilir.

Əhmədinejad və onun başçılıq etdiyi İran nümayəndə heyəti ölkəyə sentyabrın 28-də qayıdıb.