Rəcəb Tayyib Ərdoğan: “”Biz həmişə azərbaycanlı qardaşlarımızın haqlarını müdafiə edəcəyik”
Azərbaycan torpaqları işğaldan azad edilməyincə, Ermənistanla əlaqələrin qurulmasından söhbət gedə bilməz. Belə bir bəyanatla bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının qurultayında partiya sədri, baş nazir Rəcəb Tayyib Ərdoğan çıxış edib. Türkiyənin NTV telekanalının canlı yayımladığı qurultayda çıxış edən Ərdoğan birmənalı olaraq qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edincə, İrəvanla heç bir siyasi, iqtisadi və diplomatik əlaqələr qurulmayacaq.
“Biz həmişə azərbaycanlı qardaşlarımızın yanında olacağıq, onların haqlarını müdafiə edəcəyik. Bu işdə bizə kimsə mane ola bilməz”, – deyə Ərdoğan vurğulayıb.
İnformasiya şöbəsi