«Maksim» jurnalının fotomodeli, «Miss Maksim 2012» Karina Qurinanı Moskvanın «Domodedova» hava limanında namalum şəxslər oğurlayıb. Fotomodelin bacısının verdiyi məlumata görə, hadisə sentyabrın 29-da onlar İspaniyadan fotosesiyadan qayıdan zaman baş verib. Təyyarədən enən bacılar və fotoqraf avtodayanacağa gedərkən onları fotomodelin pərəstişkarları əhatəyə alıb. Fanatlarına imza paylayan Karinanı qəflətən bir neçə mülki geyimli şəxs tutaraq qara rəngli maşına basaraq, hadisə yerindən uzaqlaşıblar.
Fotomodelin bacısı artıq polisə oğurluq faktı ilə bağlı müraciət edib. Hüquq-mühafizə orqanları qanuna uyğun olaraq bir gün sonra fotomodelin axtarışı ilə ciddi məşğul olacaqlarını bildiriblər.
İnformasiya şöbəsi