Gəncədə zəlzələ

Zəlzələnin maqnitudası 3.6 olub

Sentyabrın 30-da səhər saat 10:18 radələrində Azərbaycanın Gəncə şəhərindən 30 km cənubda Göygöl Milli parkı ərazisində zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, episentri 22 km dərinlikdə olan zəlzələnin maqnitudası 3.6 olub.