Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 30-da Bakı şəhəri, Sabunçu rayonu vətəndaşa məxsus ümumi sahəsi 2000 kv.m olan taxta konstruksiyadan ibarət istixananın yanar konstruksiyaları 400 kv.m sahədə və içərisinə yığılmış 44 ton ot bağlaması yanıb.
İstixananın qalan hissəsi, yaxınlıqdakı ferma yanğından mühafizə olunmuş və 30 baş iri buynuzlu heyvan xilas olunub.