Timoşenko Yanukoviçin devrilməsinə çağırış etdi

Eks baş nazir video-müraciətində vətəndaşları kütləvi etirazlara səslədi

Ukrayna müxalifətinin lideri, keçmiş baş nazir Yuliya Timoşenkonun tərəfdarlarına və ölkə vətəndaşlarına ünvanlanan video-çağırışı yayılıb. Vəzifə səlahiyyətlərini aşmaqda və qanunsuz yollarla gəlir əldə etməkdə günahlandırırlaraq 7 il həbsə məhkum olunan eks baş nazir tərəfdarlarını, eləcə də bütün ölkə vətəndaşlarını qarşıdan gələn parlament seçkilərində fəal iştiraka çağırıb. Əlavə edək parlament seçkiləri oktyabrın 28-də keçiriləcək. Həbsdə olduğuna görə Timoşenkonun seçkilərə qatılması baş tutmayıb.

Müxalifət lideri hazırda hakimiyyətdə olan Yanukoviç rejimini “mafiya rejimi” adlandırıb. Timoşenko video-müraciətində “insan haqları və azadlıqlara məhəl qoymayan mafiya rejiminə qarşı etirazlara çağırıram” söyləyib. Eks baş nazir deyib ki, hazırda Ukraynanın bütün vətəndaşları
Yanukoviç hakimiyyətinin qurduğu cinayətkar sistemin nəzarəti altında yaşayır. Onun sözlərinə görə, Yanukoviçin ölkəyə rəhbərlik etdiyi illər ərzində Ukraynada korrupsiya və cinayətlərin sayı artıb. Timoşenko həmçinin Yanukoviçi siyasi rəqiblərini fiziki cəhətdən məhv etməkdə günahlandırıb.