“Gülər Əhmədova olayı ölkənin taleyidir”

Ziyalılar Forumu da rüşvət videosuna görə toplantı keçirəcək

“Gülər Əhmədova olayından sonra, ictimai-siyasi mühit dəyişsə, xalq tələb qoysa parlamentin buraxılması gündəmə gələ bilər”. Bunu AzNews.az-a Xalq yazıçısı Əkrəm Əylisli deyib.
Onun fikrincə, bu məsələ çox ciddi araşdırılmalı, bir nəfərin həbsi və ya hər-hansl formada cəzalandırlması ilə bitməməlidir: “Hər kəs öz tərəfindən bacardığını etməlidir. Mənə görə, Gülər Əhmədova olayı ümumrespublika məsələsi və eyni zamanda ölkənin taleyidir”.
Ə.Əylisli deyib ki, Ziyalılar Forumu yaxın günlərdə məhz bu məsələylə bağlı toplanacaq.