Prezidenti oyuncaq tapança ilə xəstəxanalıq etdilər

Çex Respublikasının prezidenti Vaslav Klaus sentyabrın 28-də oyuncaq tapanca ilə atəşə tutulub. İctimai tədbirlərin birində prezidentə atışan plastik toplar dövlət başçısını xəstəxanalıq edib.

Ölkənin şimalında Xrastava şəhərində körpü açılışında 26 yaşlı bir gənc prezidenti kiçik plastik top atəşinə tutub. Bir müddət sonra həbs olunan bu şəxsin psixikasının sağlam olmaması ehtimal olunur.

Yerli Nova TV telekanalına müsahibəsində prezident Klaus deyib ki, öz cangüdənlərinə “siz darmadağın oldunuz” deyib. 71 yaşlı prezident xəstəxanaya müayinəyə gedib. Məlum olub ki, dövlət başçısı sadəcə bir qədər həyəcanlanıb, başqa zədəsi yoxdur.