Sentyabrın 28-i saat 6.50-də Mingəçevirdəki “Azərbaycan” Istilik Elektrik Stansiyasının (IES) elektrik paylayıcı stansiyasına ildırım düşməsi nəticəsində partlayış baş verib. Partlayışdan sonra 3-cü yarımstansiyada 330 kVt-lıq transformatorda güclü yanğın baş verib. Hadisə yerinə 7 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub, yanğın söndürülüb.ÿHadisə nəticəsində paytaxt Bakı da daxil olmaqla ölkənin əksər şəhər və rayonlarında elektrik enerjisi təchizatında məhdudiyyətlər yaranıb. Hadisə nəticəsində yüksək gərginlikli “1-ci Abşeron” xətti isə qəzalı vəziyyətə düşüb. Bir neçə saat sonra 500 kVt-lıq yüksək gərginlikli “2-ci Abşeron” hava xətti gərginliyə qoşulub, bununla, paytaxta elektrik enerjisinin verilməsi bərpa edilib.
“Azərenerji” nə deyir?
“Azərenerji” ASC dünən hadisə ilə bağlı rəsmi açıqlama yayıb. Açıqlamada deyilir ki, sentyabrın 28-də güclü leysan yağışı ilə müşayiət olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar saat 06:55 radələrində ölkənin əsas stansiyası olan “Azərbaycan” IES-də ildırım vurması nəticəsində 330 kV-luq yarımstansiyada yanğın baş verib. Ildırım vurması nəticəsində hava açarı və 330 kV-luq gərginlik transformatoru zədələnib. Nəticədə idarəetmə avtomatikasının əks-qəza avtomatika dövrələri zədələnib. Avtomatik təhlükəsizlik zədələndiyindən sistemdə enerji fasiləsi yaranıb. Qısa müddət ərzində görülmüş tədbirlər nəticəsində respublikanın şəhər və rayonlarına elektrik enerjisinin verilməsi tam təmin olunub. Hadisə nəticəsində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər yanğından mühafizə hissəsinin əməkdaşları tərəfindən söndürülüb.
Metro da dayanıb
Enerji verilişində verilən fasilə metronun fəaliyyətini də müvəqqəti olaraq dayandırıb. Metropolitendən verilən məlumata görə, dünən saat 6:44-də “Azərenerji” sitemində baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilməsi kəsildiyindən Bakı metropoliteninin də fəaliyyəti məcburi dayanıb.ÿ ÿQəzanın nəticələri aradan qaldırıldıqdan sonra saat 7:50-dən hissə-hissə gərginliyin verilməsinə başlanıb. 9:30-da qatarların fəaliyyətini bərpa etmək üçün təmas xəttinə tələb olunan gərginlik verildikdən sonra qatarların hərəkəti 9:45-də bərpa olunub, sərnişinlər stansiyalara buraxılıblar.
Bakını tıxac bürüyüb
Bakı Şəhər Dövlət Yol Polisi Idarəsindən APA-ya verilən məlumata görə, elektrik enerjisinin kəsilməsi nəticəsində işıqforlar sönüb, nəticədə böyük tıxaclar meydana gəlib. Metronun fəaliyyətinin dayanması da vətəndaşların marşrut avtobuslarından istifadə etmək məcburiyyətində qoyub, insanların kütləvi şəkildə avtobus dayanacaqlarına axışması yollarda avtomobillərin hərəkətinə problemlərə yaradıb. Yol hərəkətinin tənzimlənməsinə yol polisi əməkdaşları cəlb olunublar.
Nəqliyyatın Intellektual Idarəetmə Mərkəzindən verilən məlumata görə isə dünən səhər saatlarında böyük avtomobil tıxacları əsasən Heydər Əliyev prospektinin ətrafındakı yollarda, Koroğlu metrosunun yaxınlığındakı körpüdə, Yusif Səfərov küçəsi ilə Afiyəddin Cəlilov küçələrinin kəsişməsində, eləcə də Qara Qarayev metrosu ərazisində qeydə alınıb.ÿMərkəzdən verilən məlumatda o da qeyd olunur ki, ilk saatlarda tıxaclar əsasən Cavanşir körpüsündə, “Bazarstor” ərazisində yaranıb.
Qatarlar gecikib
Azərbaycan ərazisində elektrik enerjisi ilə təchizatda yaranan problemlər dəmir yolu nəqliyyatının hərəkətinə təsir edib. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, dünən daxili və beynəlxalq reyslər üzrə qatarların Bakıya gəlməsində 3-4 saatlıq gecikmələr yaranıb: “Yalnız Ağstafa-Bakı marşrutu üzrə qatar müəyyən gecikmə ilə mənzil başına çatıb. Bildiyiniz kimi, vaqonların hamısı elektrovoza birləşdirilir. Lakin yaranan problemlə bağlı vaqonlar elektrovozdan ayrılaraq teplovozlara qoşulur və bu da müəyyən vaxt tələb edir. Bu səbəbdən qatarların mənzil başına çatmasında müəyyən gecikmələr yaranır”.
Bakı-Qazax qatarının səhər saatlarında Gəncə yaxınlığında dayanması və bir neçə saat yolda qalması sərnişinlər arasında təşviş və narazılıq yaradıb. Sərnişinlər dəmiryol stansiyasındakı işçilərin xidmətə məsuliyyətsiz yanaşmasından gileyləniblər. Onların sözlərinə görə, belə ekstremal vəziyyətləri nəzərə alıb qatara təcili elektrovoz qoşmalı idilər. Bir neçə saat sonra elektrovoza qoşulmuş qatar Gəncəyə çatsa da, sentyabrın 28-də Gəncədən Bakıya qatarın hərəkət edib-etməyəcəyi naməlum qalıb. Gəncə dəmiryol vağzalında kassalarda bilet satışı mümkün deyil. Növbətçi kassirÿSahib Göyüşovÿ bildirib ki, günün bitməsinə az qalsa da, kompüter işləmədiyindən bilet sata bilmirlər:ÿ
Bakı-Qazax qatarının rəisiÿ Eynulla Bağırovÿ”Azadlıq” radiosuna açıqlamasında qatarın 6 saatadək gecikməsindən və 100-dən çox sərnişini narahat etdiyinə təəssüfləndiyini bildirib.ÿ
Enerji sektorunun iflası…
Iqtisadçı Zöhrab Ismayıl baş verənlərə münasibətində enerji sektorunu hazırkı çürük sistemin bir parçası kimi qiymətləndirib: “Burada islahatlar aparılmalı, funksiyalar dəqiqləşməli, ”Azernerji” SC kimi qurumlar isə ləğv edilməlidir: “Istehsalçılar enerjini ötürücü şirkət vasitəsilə paylayıcı şirkətlərə çatdırmalıdır. Sonuncular isə xidmətdən aldıqları vəsaitlərin hesabına aldıqları enerjinin pulunu birbaşa istehsalçıya ödəyə biləcək. Bu halda elektrik stansiyaların birbaşa investisiya qoymaq və sistemlərini yenidən qurmaq imkanları olacaq.ÿMən hələ özəlləşdirmədən danışmaq istəmirəm. Bunlar restrukturlaşdırma tədbirləridir. Enerji sektorundadakı istehsalçılar və xidmət göstərənlər dövlət sektorunda da qala bilərlər, səhmləşdirilə də bilərlər. Əsas odur ki, bu şirkətlər bazar iqtisadiyyatının subyekti kimi işləsinlər və korporativ idarə olunsunlar”.
Yarımstansiyanı ildırım vurmasına gəlincə, Z.Ismayıl bunu da absurd adlandırıb. Onun sözlərinə görə, elektrik stasiyalarında ildırımötürənlər olur və bu məlum qəzaların qarşısını alır.
Beləliklə dünən baş verənlər göstərdi ki, Azərbaycanın təhlükəsizlik sistemi yox səviyyəsindədir. Əks halda ölkənin enerji sektoru üçün bu qədər əhəmiyyət daşıyan bir qurum mühafizə olunar və asanlıqla iflic vəziyyətə düşməzdi.