«Azərbaycan Saatı» yayım vaxtını dəyişdi

Xəbər verdiyimiz kimi, “Azərbaycan saatı” yayım qrafikini dəyişib. Veriliş bu gündən etibarən həftənin şənbə və bazar günləri, Bakı vaxtı ilə saat 21:00-da efirdə olacaq. “Azərbaycan saatı” yenə “Media TV”-də yayımlanacaq.
Onu da qeyd edək ki, verilişin yayım qrafikilə yanaşı, studiyanın dizaynında da müəyyən dəyişikliklər olub. Odur ki, maraqlı çəkilişlərlə tamaşaçıların qarşısına çıxan “Azərbaycan saatı”nı bu gün axşam saat 21.00-da izləməyi yaddan çıxarmayın!