Bu gün günorta saatlarında Azərbaycanın Füzuli rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Hacıqabul-Mincivan magistral yolunun 151-ci kilometrində, Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində baş vermiş qəzada 6 nəfər həlak olub (5 nəfər hadisə yerində, 1 nəfər sonra), 3 nəfər xəsarət alıb.
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev bildirib ki, hadisə VAZ-2107 markalı avtomaşının “Skoda” markalı avtomobillə toqquşması nəticəsində baş verib.
Hazırda faktla bağlı araşdırma aparılır (APA).