Çində “saray sevrilişi”

Kommunist Partiyasının əsas fiqurlarından biri “vuruldu”

Çinin Kommunist Partiyası Siyasi Büronun üzvü Bo Şilayı partiyaya ləkə adlandırıb və onun korrupsiya cinayəti üzrə məhkəməyə çıxarılacağını bildirir. Rəsmi medianın xəbərinə görə, keçmiş siyasi büro üzvü hakimiyyətdə sui-istifadədə, rüşvət almaq, qadınlarla qeyri-münasib davranışlarda ittiham edilir.

Əlavə edək ki, Bo Şilay ötən ilin noyabrında britaniyalı iş adamının qətli ilə üzə çıxan qalmaqaldan sonra partiyadan qovulub. Həmin cinayət işinə görə Bonun arvadı və yerli polisin keçmiş rəisi həbs edilib. Bo Şilaya qarşı hücumları adi cinayət hadisəsi kimi qəbul etməyənlər də var. Çini növbəti 10 ildə idarə edəcək şəxslər arasında ən şanslısı məhz Bo Şilay olub. Ehtimal olunur ki, buna görə də rəqibləri hadisədən Bo Şilaya qarşı məharətlə istifadə edərək onun həm də siyasi cəhətdən sıradan çıxarılmasına nail olublar.

Xatırladaq ki, Çin Kommunist Partiyasının növbəti qurultayı noyabrın 8-də keçiriləcək. 5 ildə bir dəfə keçirilən həmin qurultaylarda partiyanın lideri seçilir. Son 10 ildə ölkəyə və partiyaya rəhbərlik edən Hu Tszintaonun qurultayla istefaya gedəcəyi bildirilir.