Azərbaycan yığması yenə məğlub oldu

Nigeriya yığma komandası isə Kolumbiyanı üstələyib
Bu gün Azərbaycanda keçirilən FIFA U-17 qadınlararası dünya çempionatı 2012-nin üçüncü turunun növbəti oyunları keçirilib.

ANS PRESS-in məlumatına görə, “A” qrupunda Kanada-Azərbaycan oyunu 1:0 hesabı ilə kanadalı futbolçuların xeyrinə bitib.

Qrupun digər oyununda Nigeriya Kolumbiya ilə qarşılaşıb. Afrika təmsilçisi 3:0 hesabı ilə Kolumbiya üzərində qələbə qazanıb.