Ali məktəblər mərkəzdən köçürülür

Dövlət başçısı universitetlərin Xocahəsənə köçəcəyi anonsunu verdi

Hələ bir müddət əvvəl Bakıda yerləşən ali məktəblərin mərkəzdən paytaxtın ucqar yerlərinə köçürüləcəyinə dair məlumatlar yer alırdı. Məqsəd isə həmin ali məktəblərin yerləşdiyi binaların ələ keçirilməsidir.
Sentyabrın 26-da isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılış mərasimində çıxış edən ölkə başçısı Ilham Əliyev kompleksin yerləşdiyi ərazidə tələbə şəhərciyinin yaradılması planlarının olduğunu açıqlayıb.
I.Əliyevin sözlərinə görə, həm hazırda fəaliyyət göstərən bəzi ali məktəblər, həm də yaradılacaq yeni ali təhsil müəssisələri həmin əraziyə köçürüləcək.
Dövlət başçısının səsləndirdikləri bir müddət əvvəl yayılan xəbərləri dolayısı ilə təsdiqləyir. Paytaxtda yerləşən ali məktəblərin əksəriyyəti arxitektur banalarda yerləşir. Ali məktəblərin həmin binadan köçürülməsinə nail olmaq istəyənlərin məqsədi də məhz bu tikililəri əldə etməkdir.
Qeyd edək ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksi Xocasən qəsəbəsində yerləşir.

Fizzə