cavid-ziya

Ziya Məmmədov Cavid Qurbanovu çökdürmək istəyir?

cavid-ziyaYol idarələrində yoxlamaları nəqliyyat nazirinin təşkil etdiyi bildirilir

Hesablama Palatası yol idarələrində yoxlamalara başlayıb. Əldə etdiyimiz məlumata görə, bu yoxlamalar nəqliyyat naziri Ziya Məmmədovun sifarişi ilə aparılır. Məlumat üçün qeyd edək ki, Hesablama Palatasının sədri Heydər Əsədov Ziya Məmmədovla qudadır.
Yol idarələri isə “Azəryolservis”ə tabedir. Bu qurumun rəhbəri Cavid Qurbanovla Ziya Məmmədov arasında ziddiyyətlər baş qaldırdığı məlumatlar var. Yeri gəlmişkən, bundan əvvəl də Hesablama Palatası “Azəryolservis”in özündə yoxlamalar aparırdı. Iddia olunur ki, Cavid Qurbanov artıq Ziya Məmmədovun çətiri altından çıxmaq istəyir. “Azəryolservis” şefinin prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri general Bəylər Əyyubovla yaxınlaşdığı bildirilir. Məlumata görə, Cavid Qurbanov generalın dəstəyilə “Azəryolservis”i müstəqil quruma çevirmək istəyir. Bu isə Ziya Məmmədovun maraqlarına zidd olduğundan nəqliyyat naziri “Azəryolservis” şefini yoxlamalarla “sıxır”.