Sorosdan Obamaya böyük jest

Məşhur maliyyəçi milyarder ABŞ prezidentinin seçki kamnpaniasına 1 milyon bəxşiş ödədi

Amerikalı milyarder Corc Soror prezident Barak Obamanın seçki kampaniyasını dəstəkləyən komitəyə 1 milyon dollar bağışlayıb. Macar və yəhudi əslli maliyyəçi Soros ABŞ-da keçiriləcək prezident seçkiləri zamanı kampaniyalar aparan siyasi komitələrin davamı olan “Priorities USA Action”-un hesabında 1 milyon dollar köçürüb. Ötən ay Obamanın seçki kampaniyası üçün 10 milyon dollar bəxşiş toplamağı bacaran “Priorities USA Action” bununla da büdcəsini daha da gücləndirmiş olub.

1 milyon dollar bəxşişlə yanaşı Obamanın iki müxtəlif seçki komitəsinə də ayrı-ayrılıqda 500 min dollar qrant verən Soros, bu ilin əvvəllərində, Demokratlar Partiyasınl dəstəkləyən “American Bridge 21st Century” siyasi hərakatına da 1 milyon dollar bəxşiş ödəmişdi. Qeyd edək ki, Corc Soros bundan öncəki prezident seçkilərində də milyonlarla dollar xərcləməsiylə yadda qalmışdı.